Səhər qəzeti

Zelenski Kursk əməliyyatının necə hazırlandığını açıqladı: hətta plandan xəbəri olanları...

Tarix:5-09-2024, 19:40
Baxış Sayı:5

 

Kursk əməliyyatı Rusiyanın Ukrayna ərazisində bufer zonası yaratmaq planlarına cavab idi. Müdafiə Qüvvələri arasında uzaqmənzilli silahların olmaması əməliyyatın həyata keçirilməsinə səbəb oldu.

Bu barədə Ukrayna prezident Vladimir Zelenski “NBC News”-a müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukrayna öz strategiyasını uyğunlaşdırmağa məcbur olub: “Məhz bu çatışmazlıq bizə hansı alternativimiz olduğunu düşünməyə vadar etdi və bu, Kursk bölgəsində əməliyyatın başlamasına səbəb oldu”.

Zelenski deyir ki, kəşfiyyat Moskvanın sərhəddə bufer zona yaratmaq planlarından xəbərdardır: “Biz başa düşdük ki, onlar Xarkov bölgəsində irəliləyiş əldə etdilər, amma biz onları dayandıra bildik və Xarkovu işğal etmələrinə icazə vermədik. Sumı, Çerniqov vilayətləri bizim üçün çox ciddi sınaq idi”.

O əlavə edib ki, əraziləri və insanları itirərək Xarkov vilayətində olduğu kimi sonradan hücumları dəf etməmək üçün Sumı vilayətinin sərhədində qabaqlayıcı tədbirlər görmək lazımdır: “Biz gözlənilməz bir şey etməli olduq və belə bir plan hazırladıq: əməliyyat yaxşı gedirsə, bu, çatmalı olduğumuz nöqtələrdir və daha mürəkkəbdir. Biz bunu daha uğurla yerinə yetirməliyik və buna görə də A planını tətbiq etdik... Kursk bölgəsində baş verənlər improvizasiya deyil”.

Ukrayna prezidentinin sözlərinə görə, bu, daha qlobal əməliyyatın tərkib hissəsidir. Zelenski məlumat sızmasının qarşısını almaq üçün bu planlardan xəbərdar olan çevrəsindəki insanları mümkün qədər ixtisar etdiyini bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ