Səhər qəzeti

Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma qeydə alındı

Tarix:5-01-2025, 21:19
Baxış Sayı:0

 

Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin "Telegram" kanalında məlumat verilib.

Qeyd olunur ki, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.

Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator virus KRVİ və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.

Digər xəbərlər
XƏBƏR LENTİ