Səhər qəzeti

Zelenski Ərdoğanla görüşəcək

Tarix:Dünən, 21:06
Baxış Sayı:0

 

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək .

O, bu barədə jurnalistlərlə söhbəti zamanı məlumat verib.

Ukrayna lideri həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Ankarada və ya İstanbulda görüşməyə ümid etdiyini bildirib.

Kiyevin Rusiya Federasiyası və Ukrayna nümayəndələrinin fərqli tərkibdə görüşünün mümkünlüyünü nəzərdən keçirməsi barədə danışan Zelenski mənfi cavab verib.

"Biz hələ başqa formatları işləməmişik və ya müzakirə etməmişik. Mən tək olmayacağam, bu bir faktdır, amma məsələ bu deyil", - o qeyd edib.

Siyasətçi əlavə edib ki, gələcəkdə danışıqlar üzrə qrupların görüşləri mümkündür, lakin onun bunun baş verməsi üçün atəşkəslə bağlı razılaşmaların əldə olunması lazımdır.

Xatırladaq ki, mayın 11-də Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Rusiya lideri bəyan edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş mayın 15-də İstanbulda baş tuta bilər.

Rusiyanın təklifinə cavab olaraq Zelenski öz "Telegram" kanalında atəşkəs olacağı təqdirdə mayın 15-də Putini İstanbulda şəxsən gözləyəcəyini yazıb. Onun sözlərinə görə, hərbi əməliyyatların tam və davamlı dayandırılması diplomatiya üçün lazımi zəmin yaradacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ