ABŞ, İsveçrə və Danimarkadan olan beynəlxalq alim qrupu insanın ölüm tarixini 80% dəqiqliklə proqnozlaşdıra bilən "life2vec" neyron şəbəkəsini hazırlayıb.
Bu barədə tədqiqatın nəticələri "Nature Computational Science" (NCS) jurnalında dərc edilib.
Bildirilib ki, "Life2vec" süni intellekti insanın ömür uzunluğunu təxmini qiymətləndirmək üçün onun sağlamlığı və həyat tərzi haqqında məlumatları təhlil edir.
"Məqsədimiz neyron şəbəkələrinin bu sahədəki imkanlarını nümayiş etdirmək idi", - deyə tədqiqatçılar qeyd ediblər.
Lakin etik mülahizələr alimləri layihənin gələcək inkişafını müvəqqəti olaraq dayandırmağa məcbur edib.