Səhər qəzeti

2024-cü ildə İranda neçə nəfər edam edilib? - DƏHŞƏTLİ STATİSTİKA

Tarix:Dünən, 09:27
Baxış Sayı:0

 

2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib.

Bu barədə "Azad İran" məlumat yayıb.

Dünən İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA İslam Respublikasında insan haqlarının vəziyyəti, xüsusilə də 2024-cü il üçün illik hesabat dərc etməklə bu il ölkə zindanlarında ən azı 883 nəfərin dar ağacından asıldığını açıqlayıb.

Bildirilib ki, edam edilənlərdən 26 nəfəri qadın, 5 nəfər isə 18 yaşdan kiçik olub. Onlardan 51,87%-i narkotik qaçaqmalçılığı, 40,54%-i qətl, iki faizi cinsi zorakılıqda, digərləri isə silahlı soyğunda günahlandırılıb.

Qeyd olunub ki, ölüm hökmü həyata keçirilən həbsxanaların müqayisəsində Kərəcin Qızılhisar və Şirazın Adilabad zindanları ilk sıradadır. Beynəlxalq Əfv Təşkilatı 2023-cü ildə dünya üzrə edamların 74%-nə İranın cavabdeh olduğunu vurğulayıb.


Digər xəbərlər
XƏBƏR LENTİ