“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dəhşətli qəzası ilə bağlı daha çox təfərrüatlar məlum olur".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabındakı paylaşımında bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verən Ukrayna lideri qeyd edib ki, "hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir".
Zelenski diqqətə çatdırıb ki, "qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir".
"Əgər Rusiya MH17 ilə olduğu kimi yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik", - deyə Zelenski vurğulayıb.