Səhər qəzeti

NATO-dan qəzaya uğrayan təyyarəmizlə bağlı TƏLƏB: Tam araşdırılsın!

Tarix:26-12-2024, 19:44
Baxış Sayı:0

 

NATO Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı “tam araşdırma” tələb edib.

Bu barədə NATO-nun rəsmi nümayəndəsi Farah Dahlallah "X" sosial şəbəkəsində yazıb.

O, eyni zamanda baş vermiş hadisə ilə bağlı Azərbaycana başsağlığı da verib.

“Düşüncələrimiz və dualarımız Azərbaycan Hava Yollarının J28243 nömrəli təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələri və qurbanları ilə birlikdədir”, - deyə Dahlallah qeyd edib.

Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsi Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Məlumata görə, 29 nəfər sağ qalıb.


Digər xəbərlər
XƏBƏR LENTİ