Ukrayna prezidenti Vladimir Zelenski Amerika Birləşmiş Ştatları xarici siyasət kursuna yenidən baxacağı təqdirdə vəzifəsini tərk edəcək.
Politoloq Konstantin Bloxin Lenta.ru ilə söhbətində deyib.
“Belə olan halda, hər şey Zelenskinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilən zaman amerikalıların kimi seçəcəyindən asılıdır. Hələlik ABŞ nümayəndələrinin Zelenskini vəzifədən uzaqlaşdırmaq planları yoxdur. Bu, ABŞ-ın xarici siyasətinin trayektoriyasının köklü dəyişməsi ilə baş verə bilər”, - Bloxin qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Ali Radanın keçmiş deputatı Oleq Tsarev bildirmişdi ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Ukrayna prezidenti olmaq ambisiyaları var.