Səhər qəzeti

Abşeron rayon İcra başçısının gözündən uzaq qalmış məkanlardan biri... Video

Tarix:28-11-2024, 15:34
Baxış Sayı:4

 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin,  İctimai Nəzarət Təşkilatı, Sabitlik və İnkişaf Mərkəzinin Abşeron rayon nümayəndəliyinin sədr müavini Baxış Məmmədov bu rayonun Məmmədli kəndinin yol problemlərindən xəbər vermişdir:
"Abşeron rayonu Məmmədli kəndində birkası olmayan sahibsiz küçə itlərinin olması sakinlərin kabusuna çevrilmişdir. Eyni zamanda, Mustafa Kamal Atatürkün adını daşıyan  küçə baxımsız və keçiləsi mümkün olmayan gölməçəyə çevrilmişdir.
Məmmədli kənd Bələdiyyəsinə, İcra nümayəndəliyinə dəfələrlə olunan müraciətlərə baxmayaraq, bu problemlər aylardır davam edir. 
400 metrə qədər su ilə dolu keçilməz küçə artıq qazların məkanına çevrilmişdir."
Abşeron rayon İcra başçısının da nəzarətindən kənar qalmış, insanların gəliş-gedişinə böyük maneə yaratmış, qorxu içində yaşamağa məcbur etmiş bu problemlər haqda tezliklə  aidiyyati orqanlara müraciət ediləcəkdir.

İctimaixeber.az

Digər xəbərlər
XƏBƏR LENTİ