Səhər qəzeti

Deputat: "Veteran pulu" cüzi də olsa, artırılmalıdır"

Tarix:Dünən, 20:56
Baxış Sayı:1

 

"Veteran pulu" artırılmalıdır".

Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

"Veteran pulu"nda cüzi də olsa, artım olmalıdır. Burada söhbət 100 mindən çox insandan gedir. Artıq bu sosial sifariş kimi gündəmdədir", - o söyləyib.

Qeyd edək ki, 2019-cu ildə "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub.

Digər xəbərlər
XƏBƏR LENTİ