Səhər qəzeti

Bayden TƏHLÜKƏLİ CƏHD ETDİ - III Dünya müharibəsinin FİTİLİ ÇƏKİLİR?

Tarix:18-11-2024, 09:24
Baxış Sayı:0

 

ABŞ Prezidenti Co Baydenin Rusiya ərazisinə zərbələr endirmək üçün Amerikanın ATACMS ballistik raketlərindən istifadə etmək icazəsi üçüncü dünya müharibəsinə başlamaq cəhdidir.

Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Marcori Teylor Qrin "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Co Bayden vəzifəsini tərk edərək, Ukraynaya Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli Amerika raketlərindən istifadə etməyə icazə verməklə üçüncü dünya müharibəsinə başlamaq üçün təhlükəli cəhd edir", - Teylor Qrin deyib.

Siyasətçi vurğulayıb ki, Birləşmiş Ştatlar xalqı xarici müharibələri maliyyələşdirmək və onlarla mübarizə aparmaq istəmir, öz problemlərini həll etmək istəyir” T

O, prezident seçkilərində respublikaçı Donald Trampı dəstəkləməklə ölkə əhalisinin demokratların siyasətinə qarşı çıxdığına diqqət çəkib.


Digər xəbərlər
XƏBƏR LENTİ