Səhər qəzeti

NATO-nun SONU GÖRÜNDÜ: Tramp elə qərar verə bilər ki...

Tarix:17-11-2024, 21:11
Baxış Sayı:0

 

Prezident seçkilərində qalib gələn respublikaçı Donald Tramp ABŞ-ı NATO-dan çıxara bilər.

Bunu CNN-ə onun keçmiş təhlükəsizlik müşaviri Con Bolton deyib.

"Düşünürəm ki, o, ABŞ-ı NATO-nun özündən çıxaracaq", - bolton qeyd edib.

Bolton hesab edir ki, bu, Şimali Atlantika Alyansını əhəmiyyətli dərəcədə zəiflədəcək və onun varlığına son qoyacaq.

“Tramp NATO-nu və onun mövcud olma səbəbini, yəni kollektiv özünümüdafiəni əhəmiyyətli dərəcədə sarsıda bilər. O, NATO-nun ilkin şərtlərini əsaslı şəkildə nəzərdən keçirəcəkd", - Bolton əlavə edib.

Daha əvvəl “Politico” hüquqşünaslara istinadla bəyan etmişdi ki, Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydenin dövründə qəbul edilmiş qanundan yan keçərək ölkəni NATO-dan çıxara bilər .

Digər xəbərlər
XƏBƏR LENTİ