Səhər qəzeti

Bu gündən POS-terminalların quraşdırılmaması halları ilə bağlı YOXLAMA BAŞLAYIR

Tarix:16-11-2024, 09:53
Baxış Sayı:0

 

Bu gündən etibarən POS-terminal quraşdırılmayan vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qanunvericiliyin tələblərinə baxmayaraq, müşahidələr zamanı bir sıra obyektlərdə ümumiyyətlə POS-terminal quraşdırılmadığı məlum olub.

Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.

Xatırladaq ki, ötən gün (15 noyabr) "kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib.


Digər xəbərlər
XƏBƏR LENTİ