Səhər qəzeti

Ermənilər Azərbaycanla sərhəddən qaçır: Zəngəzurdan kütləvi köç başladı

Tarix:9-08-2024, 12:50
Baxış Sayı:4

Ermənilər Zəngəzur bölgəsini kütləvi şəkildə tərk edir.

“Hraparak” nəşri Ermənistan Statistika Komitəsinə istinadən Zəngəzur bölgəsindəki əhalinin sayının sürətlə azaldığını yazır.

“Statistik məlumatlara görə, ötən ilin iyul ayından bu ilin iyul ayının 1-nə qədərki dövrdə Sünik (Zəngəzur) bölgəsinin əhalisi 18 min nəfər azalıb. Bunun 12 mini şəhər, 6 mini isə kənd əhalisidir. Təkcə Teğ kəndini min sakin tərk edib, bu kəndin əhalisinin sayı cəmi 6 mindir”, - nəşr yazır.

Nəşr qeyd edir ki, ermənilər sərhəd bölgələrini sürətlə tərk edirlər.


Digər xəbərlər
XƏBƏR LENTİ