Qatı duman səbəbindən Boğaziçi boğazından hər iki istiqamətdə gəmilərin tranzitinin dayandırıldığı bildirilib.
Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Duman səbəbindən görmə qabiliyyəti məhdudlaşdığına görə, gəmilərin Boğaziçi boğazı ilə tranziti dayandırılıb”, - deyə idarədən bildirilib.
Hazırda ən azı 70 gəmi boğazdan keçmək üçün növbə gözləyir. Yeddi marşrutu izləyən sərnişin bərələrinin reysləri ləğv edilib.
Xatırladaq ki, daha əvvəl Türkiyə hakimiyyəti boğazdan keçən yük gəmisinin nasazlığı səbəbindən Boğazda gəmilərin hərəkətini dayandırmışdı.