Səhər qəzeti

Bu ölkə Rusiya konsulluğunu bağladı: Bir addım da geri çəkilməyəcəyik - Moskva hədələdi

Tarix:23-10-2024, 14:43
Baxış Sayı:0

 

Polşa Rusiya konsulluğunu bağlamaq qərarına gəlib.

Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski açıqlama verib.

O, bildirib ki, son günlər prokurorluq ölkədəki təxribat cəhdlərinin arxasında xarici kəşfiyyat təşkilatının dayandığına dair güclü dəlilləri məhkəməyə təqdim edib.

“Polşa və müttəfiq ölkələrdə təxribat cəhdlərinin arxasında Rusiya Federasiyasının dayandığına dair məlumatım var, bu səbəbdən Rusiya Federasiyasının Polşadakı konsulluğunun fəaliyyət icazəsini geri götürməyə qərar verdim”, - deyə nazir bildirib.



Sikorski Rusiyadan hibrid müharibəsinə son qoymağı tələb edib. O, bu müharibənin davam edəcəyi təqdirdə növbəti addımları atma haqqını özlərində saxladıqlarını bəyan edib: "Bir addım belə geri çəkilməyəcəyik, Polşa Respublikası və xalqını müdafiə edirik".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın qərarını növbəti düşmən addımı kimi qiymətləndirib və Rusiyanın cavabının ağır olacağını bildirib.

Rusiya Federasiyasının paytaxt Varşavadakı səfirliyindən başqa, Polşanın Qdansk, Krakov və Poznanda konsulluqları var.

Digər xəbərlər
XƏBƏR LENTİ