Səhər qəzeti

Ukrayna NATO-ya qəbul edilir - "Alman modeli" gündəmə gəldi

Tarix:8-10-2024, 14:35
Baxış Sayı:0

 

Oktyabrın 12-də Almaniyada başlayacaq Ramşteyn Sammitində Ukraynanın NATO-ya üzvlük prosesində daha konkret addımların atılacağına dair gözləntilər gündəmə gəlib.

Soyuq Müharibə dövründə Qərbi Almaniyanın NATO-ya qəbulu nümunəsinə bənzər model də müzakirə olunacaq.
Nəzərdə tutulub ki, Rusiyanın nəzarətində olan bölgələr ayrıca bir məsələ kimi qəbul ediləcək və Ukraynaya üzvlük üçün maneə yaratmayacaq.
Beləcə, Ukrayna itirilmiş ərazilərini geri qaytarmadan NATO-ya üzv ola bilər. Görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenski “qələbə planı”nı da təqdim edəcək.

Digər xəbərlər
XƏBƏR LENTİ