Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.
Bu barədə "The Daily Telegraph" Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni mühacir var ki, bu da Fransadan təxminən iki yarım dəfə çoxdur. Burada 300 minə yaxın qeyri-qanuni miqrant var. Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qeyri-leqal miqrantın yaşadığı Almaniya tutur.
Qeyd edək ki, ilin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni immiqrant La-Manş boğazı boyunca şişmə qayıqlarla gəlib ki, bu da eyni dövr üçün 2023-cü ilin göstəricilərindən 5% çoxdur. Oktyabrın 5-də krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub.