Səhər qəzeti

Baydenin Ukrayna ilə bağlı YENİ PLANI - Son qələbə kimi təqdim ediləcək

Tarix:7-10-2024, 09:19
Baxış Sayı:2

ABŞ Prezidenti Co Baydenin administrasiyası vəzifəsindən getməzdən əvvəl Ukrayna ilə bağlı yeni plan təqdim edəcək.

Bu barədə "Conversation" məlumat yayıb.

Bildirilib ki, Bayden respublikaçı Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə Amerikanın Ukrayna ilə bağlı strategiyasına düzəlişlərdən qorxur. Qeyd olunur ki, ABŞ Prezidenti Ukrayna məsələsində “əldə edilmiş tərəqqi”ni saxlamaq və yeni planı son qələbəsi kimi təqdim etmək istəyir.

Nəşrin müəllifləri iddia edirlər ki, Bayden Ukraynaya dəstək barədə “güclü bəyanat” verəcək. Yeni planın təfərrüatları açıqlanmayıb.

Daha əvvəl Tramp bildirib ki, seçkilərdə qalib gələrsə, Ukraynada sülhün əldə olunması üçün demokratlarla əməkdaşlığa hazırdır.

Digər xəbərlər
XƏBƏR LENTİ