Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.
Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumata görə, xəbərdarlıq İranın ötən gecə İsrailə raket zərbələri endirməsindən sonra İsrailin hərbi cavab tədbirləri görməsi ehtimalı zəminində edilib.