Səfərə 25-30 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər maksimum 15 faiz endirimdən yararlana biləcəklər.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov bugünkü brifinq zamanı bildirib.
Departament rəhbəri qeyd edib ki, bununla sərnişinlər sürətli qatarlarla Ağstafaya 14,5 manat, Qəbələyə isə 12 manata bilet əldə etmək şansı əldə edirlər.
“Bakı-Qəbələ-Bakı marşrutu üzrə sadəcə həftə sonları sərnişindaşıma fəaliyyəti olduğu üçün bu xətt üzrə həftənin gününə görə dəyişkən qiymət siyasəti nəzərdə tutulmayıb”, - deyə A.Fərəcov vurğulayıb.