Səhər qəzeti

Cari ildə ABŞ-də polis 739 nəfəri öldürüb

Tarix:6-08-2024, 07:46
Baxış Sayı:4

 

2024-cü ilin ilk günündən ABŞ-də polis tərəfindən 739 nəfər öldürülüb.

Bu barədə polis zorakılığına dair baza (mappingpoliceviolence.us) məlumat yayıb.

Belə ki, bu ilin ilk 7 ayında yalnız 9 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülən insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idi. Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb və 2024-cü ilin ilk 7 ayındakı göstəricilər artım tendensiyasını göstərir.

2013-2023-cü illər arasında polis tərəfindən törədilən qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 13 minə yaxın insanı öldürüb.

Digər xəbərlər
XƏBƏR LENTİ