Ermənistanda 7 nəfərdən ibarət qrup hakimiyyəti qəsb etməyə hazırlaşırdı, onlardan 3-ü həbs olunub.
Bu barədə "Sputnik Ermənistan" Teleqram kanalı milli təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.
Həbs edilənlərin evinə baxış zamanı soyuq və odlu silahlar, habelə döyüş sursatı aşkar edilib. Qrupun bəzi üzvlərinin Rostov-na-Dondakı bazada ödənişli təlim keçdiyi bildirilir. Qrupun qalan dörd üzvü isə axtarışa verilib.