Səhər qəzeti

Altun Süleymanov respublika musiqi müsabiqəsinin qalibi oldu

Tarix:Bu gün, 13:40
Baxış Sayı:6

 

Bakı, Azərbaycan – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının və Üzeyir Hacıbəylinin ev muzeyinin birgə təşkilatçılığı ilə keçirilən, Ümummilli Lider Heydər Əliyevin 102 illik yubileyinə həsr olunmuş respublika musiqi müsabiqəsində vokal ifaçısı Altun Süleymanov 1-ci yerə layiq görülüb.

Gənc ifaçı milli musiqimizin zənginliyini və klassik vokal məktəbinin ənənələrini səhnədə uğurla təqdim edərək münsiflər heyətinin yüksək rəğbətini qazanıb.

Müsabiqə zamanı Altun Süleymanovu səhnədə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət şöbəsinin müdiri, konsertmeyster Türkan Həsənova müşayiət edib. Peşəkar müşayiət və ifa bütövlüyü ifanın bədii təsirini daha da artırıb.

Qalibə diplom və xüsusi mükafat təqdim olunub.

Bu uğur Altun Süleymanovun vokal sənətinə sadiqliyinin və milli musiqiyə bağlılığının nəticəsidir.

Digər xəbərlər
XƏBƏR LENTİ