Səhər qəzeti

Dünya bu hadisədən danışır: Türkiyədən 2700 dollara silah alıblar, görün neçəyə satıblar

Tarix:7-09-2024, 13:42
Baxış Sayı:0

 

Çexiyanın Türkiyədən tədarük etdiyi ağıllı sursatla bağlı yeni təfərrüatlar ortaya çıxıb. 

Praqada yerləşən Çexoslovak Qrupu (CSG) 155 mm-lik top sursatları üçün 3200 avro qiymət tələb etdiyi məlum olub.

Sənədlərdə bir türk sursat istehsalçısının 155 mm-lik HE döyüş sursatı üçün 2700 dollar qiymət göstərdiyi bildirilib. Buna baxmayaraq, Çexiya Ukraynaya tədarük ediləcək silahlar üçün 3200 avro istəyir.

CSG yüksək vəzifəli Çex rəsmiləri, müdafiə sənayesi şirkətləri və jurnalistlər arasında geniş müzakirə olan bu sənədlərə əsaslanaraq iddialara cavab verib.

CSG bütün iddiaları rədd edib: “Sənədlərdə göstərildiyi kimi çox məbləğdə döyüş sursatı tədarükü olunmur. Əlbəttə, şirkət tərəfindən çatdırılmadan qazanc əldə edilir, lakin bu mənfəət kifayət qədər aşağıdır”.

Digər xəbərlər
XƏBƏR LENTİ