Səhər qəzeti

İnsanla bağlı maraqlı məlumatlar

Tarix:17-09-2024, 09:30
Baxış Sayı:4

İnsan dünyaya gəldiyi andan etibarən həmişə nələrəsə maraq edərək, öyrənməyə çalışır.

İnsanın ən böyük və ən ağır daxili orqanı qara ciyəridir.

İnsanların əsnəməyinin səbəbi əslində beyini soyutmaq üçündür.

Bir insan ildə ən az 1460 yuxu görür.

Barmaq izi kimi hərkəsin dil izi də fərqlidir.

Şəhadət barmağı insan əlinin ən hissiyatlı barmağıdır.

Siz gülərkən üzünüzdə həmin an 17 əzələ fəaliyyətdə olur.

Alimlər hesab edirlər ki, insanlar heç vaxt görmədikləri adamları yuxuda görə bilməzlər.

Bir insanın beynindən gündə toplam 70 min düşüncə keçir.

İnsan davranışlarının vərdiş halını alması üçün 66 gün lazımdır. Lakin vərdişin bitmə vaxtı 21 gün hesab olunur. Yəni nəyisə 21 gün ardıcıl etməsəniz o artıq vərdiş olmayacaq.

60 yaşına çatan insanların yarısında dad bilmə hissiyatı tədricən yox olur.

İnsanlar aclığa yuxusuzluqdan daha çox dözə bilirlər.

Əgər çox sərt asqırsanız, qabırğa sümüklərinizdən biri sına bilər.

Asqırmağı tutmaq isə ürəyin dayanması ilə nəticələnə bilər.

İnsanın əl barmaqlarının dırnaqları ayaq barmaqlarının dırnaqlarından 4 dəfə tez uzanır.

İnsan orqanizmində toplam 2 kq bakteriya yaşayır.

Digər xəbərlər
XƏBƏR LENTİ