Ukrayna prezidenti Vladimir Zelenski Braziliya ilə Çinin sülh planını tənqid edərək, onu dağıdıcı adlandırıb.
O, bu barədə Braziliyanın "Metrópoles" portalına müsahibəsində bildirib.
"Çin-Braziliya təklifi həm də dağıdıcıdır, bu, sadəcə, siyasi bəyanatdır", - dövlət başçısı bildirib. Zelenski Braziliya prezidenti Lule da Silvaya deyib ki, bu məsələni birlikdə müzakirə etmək lazımdır.
Onun sözlərinə görə, Kiyev həmçinin Çini də sülh təklifini birlikdə müzakirə etməyə dəvət edib. Ölkə prezidenti qeyd edib ki, Ukraynadan soruşmamış hər hansı təşəbbüs irəli sürmək mümkün deyil.
Zelenski güman edir ki, Braziliya və Çin Moskva ilə sülh təkliflərini əvvəlcədən müzakirə ediblər.
Ona görə də Zelenski müsahibəsində "biz axmaq deyilik", - deyə vurğulayıb.