Ötən gün "Avroviziya" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi baş tutub. Müsabiqədə diqqətçəkən məqam isə Ermənistan təmsilçisinin səhnəciyinin dəyişməsi olub.
Xatırladaq ki, Ermənistan təmsilçisinin çıxışı üçün hazırlanan səhnəcikdə fonda iki böyük qurğu yerləşdirilmişdi. Onlardan biri Ermənistanın kontur xəritəsini, digəri isə Azərbaycanın Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu əhatə edən əraziləri xatırladırdı.
Performans zamanı bu iki qurğu "birləşir" və erməni müğənni üzərinə çıxaraq, emosional şəkildə "zəfər" nümayiş etdirirdi.
"Sizcə, bu boyda həngaməni görməzdən gələ bilərdikmi? İkinci yarımfinal gözəl olacaq".
Ötən gün yayımlanan yarımfinalda isə erməni iştirakçının çıxışı və zirehli geyiminin dəyişdirildiyi, qurğuların yığışdırıldığı diqqət çəkib.