Səhər qəzeti

Putin İstanbuldan onlayn məlumat alır

Tarix:Dünən, 16:43
Baxış Sayı:1

 

İstanbulda danışıqlarda iştirak edən Rusiya nümayəndə heyəti bütün lazımi səlahiyyətlərə malikdir və prezident Vladimir Putinlə daimi əlaqə saxlayır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti dövlət başçısı ilə görüşdə işlənib hazırlanmış danışıqlar mövqeyi üçün təlimatlarla tam təmin olunub.

“Bizim komandamız daimi əlaqədədir, prezident bütün məlumatları onlayn alır və daimi hesabatlar var”, - Kreml nümayəndəsi aydınlıq gətirib.


Digər xəbərlər
XƏBƏR LENTİ