Avropa İttifaqı və Böyük Britaniya bəzi ölkələrdə millətçiliyi qızışdırmaqla “Ukrayna ssenarisini işə salmaq” üçün plan üzərində işləyirlər.
Aztimes.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bəyan edib.
Düşənbədə MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclası zamanı Narışkin bildirib ki, etnik və dini azlıqlar, qadınlar və gənclərlə iş aparılır. O, bu kateqoriyaları təlqinə həssas sosial qruplar adlandırıb.
Qeyd olunur ki, Aİ və Britaniya milli kimliyin gücləndirilməsinə kömək etmək bəhanəsi ilə millətçiliyi qızışdırmaq, sonra isə ictimai-siyasi parçalanmanı stimullaşdırmaq niyyətindədir.
Narışkin sonda deyib ki, Rusiya Xarici Kəşfiyyat Xidməti avropalılarla MDB-də fəaliyyət göstərən millətçi partiyalar və hərəkatlar arasında sabit əlaqələr haqqında məlumat alır.