Səhər qəzeti

Keçmiş DTX zabiti Ruslan Cavadov ailə üzvləri və polis təzyiqi ilə üzləşir

Tarix:Bu gün, 12:46
Baxış Sayı:20

 


Bakı, 14 may 2025 – Keçmiş Dövlət Təhlükəsizlik Xidməti (DTX) zabiti, təqaüdçü Ruslan Cavadov, atasının ölümündən sonra ailə üzvləri və polis tərəfindən təzyiqlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, anası və bacısı atasından qalan mülkləri ələ keçirmək üçün ona qarşı qanunsuz üsullara əl atıblar.
Ruslan Cavadovun videoçəkilişə alınmış ifadəsində dediyinə görə, atası vəfat etdikdən sonra anası Nahidə Cavadova və bacısı Xəyalə Cavadova ona qarşı açıq təzyiqlər göstərməyə başlayıblar. Onlar, "Toyota Prado" markalı maşın və ailə evi üzərində qanunsuz şəkildə hakimiyyət uğrunda mübarizə aparırlar.
Daha da narahatedicisi odur ki, Cavadovun iddiasına görə, bacısı Xəyalə Cavadova saxta həkim kimi fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirən Xəyalə, heç bir tibbi təhsili olmadan "Novamed", "Kəpəz", "Yasamal Hospital", “Vəfa” Klinikası - Dermatoloji və Estetik Mərkəz və digər klinikalarda USM həkimi kimi işləyir.
Etibarlı mənbələrdən əldə edilən və hazırda adının açıqlanmasını istəməyən bir vətəndaşın etirazına əsasən, aşağıdakı faktları da ictimaiyyətin diqqətinə çatdırırıq:
“Vəfa” Klinikası — Dermatoloji və Estetik Mərkəzinin rəhbəri Vəfa xanım (əslən ixtisası ingilis dili müəllimi) və Xəyalə Cavadova şərik işləyərək Çin Xalq Respublikasından tərkibi bilinməyən dolğular gətirib baha qiymətə satırlar. Həmin dolğuları kosmetoloji prosedurlar zamanı qadınların üz dərisinə tətbiq edirlər. Nəticədə bir neçə pasientin üz nahiyəsində: gözlərində çəpgözlük yaranıb, korluq, göz altlarında göyərti və şişlər meydana çıxıb. Bu problemlərlə əlaqədar pasientlər bir neçə dəfə klinikanın rəhbərliyinə və Xəyalə Cavadovaya qarşı iddia ilə müraciət etmişlər.
          Hal-hazırda Xəyalə Cavadova işlədiyi özəl tibb müəssisəsi olan MediStyle Hospital – ın rəhbəri Cavadova Xəyalə Natiq qızını yanına çağıraraq ona bildirmişdir ki, onun diplomu həkimlik fəaliyyəti ilə bağlı deyil. Əvəzinə onu Klinikaya direktor müavini təyin etmiş, lakin USM kabinetində fəaliyyət göstərməsinə icazə vermişdir o şərtlə ki, həkim raporlarında Fidan adlı həkimin adı gedəcək və Fidan xanıma aylıq 1000 manat (min) pul məbləği veriləcəkdir.
Ruslan Cavadov iddia edir ki, bacısı və anası, Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə müavini Rauf adlı şəxsin vasitəsilə ona qarşı təzyiq göstəriblər. Polis heç bir məhkəmə qərarı olmadan onun evinə basqın edib, ağır xərçəng xəstəsi olan həyat yoldaşının yatdığı otağa daxil olublar.
"Mənə qarşı yalançı ekspertizalar və ifadələr hazırlanıb. Məni narkotik istifadəçisi kimi göstərmək istəyirlər, halbuki mən illərdir siqaret belə çəkmirəm və narkoloji dispanserdən yoxlamadan keçmişəm." – Ruslan Cavadov
Özünü təhlükədə hiss edən Cavadov, Dövlət Təhlükəsizlik Xidməti, DİN-dən kömək istəyib. O, qeyd edir ki, əgər ona qarşı cinayət işi qaldırılsa və ya həyatına qəsd edilsə, bunun arxasında bu qrupun durduğunu aidiyyatı qurumlara bilmək lazımdır.
      Nə olacaq?
Bu iddialar ciddi cinayət və korrupsiya izləri daşıyır. İctimaiyyət gözləyir ki, hüquq-mühafizə orqanları bu işə baxaraq:
Ruslan Cavadovun təhlükəsizliyini təmin etsin
Qanunsuz hərəkətlərə yol verənləri məsuliyyətə cəlb etsin
Ədalətli yanaşma üçün hər iki tərəfi - həm iddiaçını, həm də Nahidə və Xəyalə Cavadovaları dinləsin
Şəffaf və obyektiv istintaq aparsın
Xüsusi ilə Xəyalə Cavadovanın həkimlik fəaliyyətinin qanuniliyi və polis əməkdaşlarının iştirakı diqqətlə araşdırılmalıdır.
      Xəbər yenilənəcək. Rəsmi açıqlamalar əldə edildikdə məlumat əlavə olunacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ