Səhər qəzeti

Əkbər Əhmədian Rusiyaya getdi: Gündəmdə Zəngəzur dəhlizidir

Tarix:10-09-2024, 15:14
Baxış Sayı:0

 

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya gedib.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Əkbər Əhmədian BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin görüşündə iştirak etmək üçün Rusiyaya gedib.

“O, həmçinin “Rusiya rəsmiləri ilə Zəngəzur dəhlizi məsələsi ilə bağlı danışıqlar aparmağı” planlaşdırır”, - İran mediası yazır.

Xatırladaq ki, son vaxtlar rəsmi Tehran “Zəngəzur dəhlizi” məsələsi ilə bağlı erməni tərəfinə səslənən ittihamlarla bağlı müxtəlif səviyyələrdə Moskva rəsmilərinə, o cümlədən xarici işlər naziri Sergey Lavrova qarşı sərt açıqlamalar verib.

İran hakimiyyəti Ermənistanın ərazi bütövlüyünün İran üçün “qırmızı xətt” olduğunu və ölkənin Zəngəzur dəhlizi də daxil olmaqla istənilən sərhəd dəyişikliyinə qarşı olduğunu bəyan edib. İranın Ermənistandakı səfiri ötən gün bəyan edib ki, “bəzilərinin (Azərbaycan və Türkiyə nəzərdə tutulur) Ermənistan və “Zəngəzur dəhlizi” ilə bağlı arzuları gerçəkləşməyəcək”.

Digər xəbərlər
XƏBƏR LENTİ