Türkiyə Silahlı Qüvvələri PKK-nın ləğvindən sonra da “Pəncə” antiterror əməliyyatı ilə Şimali İraqda nəzarət etdiyi bölgələrdən geri çəkilməyəcək.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, Türkiyə “sərhədləri aşaraq terrorla mübarizə” strategiyasını davam etdirəcək. Bu çərçivədə, qüvvələr “Pəncə” əməliyyatları ilə qurulan baza nöqtələrindən kənara çıxacaq. Terrorçuların tərk etdiyi düşərgələr və mağaralar nəzarətə alınacaq.
Xüsusən Qəndil və ətrafdakı terror ocaqları kimi hələ də aktiv ola biləcək bölgələr üçün İraq hökuməti ilə birgə əməliyyat planı da gündəmdədir. İraqın icazəsi ilə sərhəddən kənarda da təhlükəsizlik təmin ediləcək.
Bu yolla PKK qalıqlarının və ya boşluğu doldurmaq istəyən digər terror qruplarının qarşısı alınacaq.