Səhər qəzeti

Bu dairələrin nəticələri ləğv edilir? - MSK sədri

Tarix:9-09-2024, 21:26
Baxış Sayı:0

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçilər, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirak etməyə dəvət edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sentyabrın 9-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, 22, 31, 78 saylı seçki dairələrindən şikayətlər ciddi araşdırılacaq:

"Əgər hansısa mübahisəli məqam varsa, heç nədən çəkinmədən Mərkəzi Seçki Komissiyası buna aydınlıq gətirib qərar verəcək. Qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq", - MSK sədri bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ