Səhər qəzeti

Rusiya “İsgəndər-M”lə vurdu: 50 fransız muzdlusu öldü

Tarix:7-09-2024, 13:48
Baxış Sayı:0

 

Rusiya qoşunları “İsgəndər-M” operativ-taktiki kompleksindən (OTRK) Ukrayna Silahlı Qüvvələrinin (AFQ) Konstantinovkada əcnəbi muzdluların yerləşdiyi yerə raket zərbəsi endirib.

Bu barədə “RİA Novosti” yüksək rütbəli hərbi mənbəyə istinadən məlumat yayıb.

“İsgəndər-M” raketinin Konstantinovka kəndində əcnəbi muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsinə endirilməsi nəticəsində 50-yə yaxın fransız yaraqlısı öldürülüb”, - agentliyin həmsöhbəti bildirib.

Bundan əlavə, sentyabrın 2-də Zaporojyedə xarici muzdluların yerləşdiyi otelə “İsgəndər”lə hücum həyata keçirilib. Orada 50-yə qədər şəxsi heyət, o cümlədən 19 Britaniya hərbçisi həlak olub, daha 20-yə yaxın hərbçi yaralanıb.

Digər xəbərlər
XƏBƏR LENTİ