Səhər qəzeti

Ermənistana silahların yarısını bu ölkə göndərir - DETALLAR

Tarix:17-04-2025, 15:24
Baxış Sayı:0

 

Son iki il ərzində Ermənistanın silah tədarükünün yarısını Hindistan təmin edib. 

Bu barədə “Röyters” agentliyi Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) hesabatlarına istinadən məlumat yayıb.

Məlumata görə, 2022-2024-cü illər ərzində Ermənistana idxal olunan silahların 43 faizi Hindistana məxsusdur. İki ərzində Hindistan və Ermənistan arasında yüz milyonlarla dollar dəyərində silah müqavilələri imzalanıb. Razılaşmalar çərçivəsində Hindistan Ermənistana çoxsaylı raket sistemləri, özüyeriyən haubitsalar, hava hücumundan müdafiə sistemləri və döyüş sursatları verib. Ermənistanın silahlanması prosesi davam edir.

Digər xəbərlər
XƏBƏR LENTİ