Ermənistan anti-Rusiya ritorikasını yumşaldır və Moskva ilə körpüləri yenidən inşa edir.
Ermənistan mətbuatı Paşinyanın BRİKS və MDB-nin qeyri-rəsmi sammitlərində iştirak edəcəyini yazır.
“Hraparak” nəşri iddia edir ki, rəsmi İrəvan geri addım atmağa başlayıb. “Avqustun 31-dı keçirilən mətbuat konfransında Paşinyan Rusiyaya qarşı müsbət siqnallar göndərdi. Dünən öyrəndik ki, Ermənistan BRİKS və MDB-nin sammitlərində iştirak edəcək. BRİKS-in iclası oktyabrın 22-24-də Kazanda keçiriləcək”.
Nəşr qeyd edir ki, Paşinyanın ritorikası avqustun 23-dən sonra dəyişib.
“Putin avqustun 23-də Paşinyana zəng etdi. Bundan 4 gün sonra Putin Əliyevlə danışdı və 1 gün sonra Azərbaycanla Ermənistan demarkasiya üzrə reqalemtini imzaladı. Bəzi mənbələrə görə, Putin Əliyevdən Ermənistana təzyiqləri yumşaltmağı xahişi edib. MDB və KTMT-nin Rusiyada keçirilən iclaslarını boykot edən Paşinyanın mövqeyini dəyişməsinin səbəbi də budur”, - nəşr yazır.