Səhər qəzeti

Yuxuların mənası açıqlandı: Bu hallara diqqət edin

Tarix:12-04-2025, 21:41
Baxış Sayı:0

 

Davamlı gördüyümüz bəzi yuxular əslində bizə psixoloji olaraq şüuraltı mesaj verir.

Bu barədə yuxu eksperti və astroloq Liza Stardust “DailyMail”-ə danışıb.

Onun sözlərinə görə, bəzi yuxuların əslində çox daha sadə, lakin daha dərin mənaları var. Məsələn, yuxuda dişlərin tökülməsi düşündüyünüz kimi təhlükə siqnalı deyil, əslində stress əlamətidir:

"Dişlər qalıcılığı və gücü təmsil edir. Yuxuda onların töküldüyünü görmək şüuraltınızın sizə bir müddət dayanıb dincəlmək barədə xəbərdarlıq etdiyini göstərir”.

Liza qeyd edib ki, yuxuda kiminsə sizi təqib etməsi real həyatda bir şeydən qaçdığınızı göstərir. Yəni artıq nədən qaçırsansa, onunla qarşılaşmağın vaxtıdır.

Yuxularda uçmaq çox vaxt azadlıq və güc hissi ilə əlaqələndirilir. Lizaya görə, bu yuxunu görmək o deməkdir ki, son vaxtlar çətinliklərlə üzləşmisinizsə, indi rahat nəfəs ala biləcəksiniz: "Hər şey daha yaxşı olacaq. Potensialınıza çatırsınız. Növbə sizdədir”.

Eyni zamanda, yatarkən boşluğa düşmək hissi demək olar ki, hər kəsin gördüyü bir yuxudur. Bu yuxular insanın həyatında nəzarəti itirdiyi dövrlərdə daha çox görülür: "Bu yuxular gözləntiləri buraxıb axına təslim olmaq çağırışıdır”.

Digər xəbərlər
XƏBƏR LENTİ