Səhər qəzeti

ÜST-dən COVID etirafı

Tarix:5-09-2024, 09:35
Baxış Sayı:2

 

Çin ehtimal edilən daha erkən yoluxma halları haqqında tam məlumat verənə qədər COVID-19-un mənşəyi aydın olmayacaq.

Bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Çinin əməkdaşlığı bu proses üçün son dərəcə vacibdir. Bura “Huanan” dəniz məhsulları bazarı, COVID-19-un ən erkən məlum və şübhəli halları, eləcə də Uhan laboratoriyalarında görülən işlər haqqında məlumatlar daxildir. Biz hələ də COVID-19 pandemiyasının necə başladığını bilmirik və təəssüf ki, onun mənşəyini aydınlaşdırmaq üçün işlər yarımçıq qalır”, - o qeyd edib.

Qebreyesusun sözlərinə görə, yeni təhlükəli patogenlər üzrə ekspertlərin elmi-məsləhət qrupu (SAGO) hazırda COVID-19 pandemiyasının necə başlamasının müstəqil qiymətləndirilməsini tamamlayır.

O vurğulayıb ki, həqiqətin aşkarlanması üçün ÜST-yə üzv olan bütün dövlətlərin əməkdaşlığı, qarşılıqlı fəaliyyəti və şəffaflığı lazımdır.

Digər xəbərlər
XƏBƏR LENTİ