Səhər qəzeti

Mask vəzifəsini tərk edir? - Ağ Evdən açıqlama

Tarix:3-04-2025, 21:14
Baxış Sayı:0

ABŞ mətbuatı amerikalı milyarder və Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maskın vəzifəsini tərk edəcəyini yazıb.

Adı açıqlanmayan mənbələrə əsaslanan məlumatda Donald Trampın Maskın gedişi ilə bağlı kabineti məlumatlandırdığı iddia edilib.

Lakin Ağ Ev və Mask özü bu iddiaları təkzib edib. Sözügedən iddialar sürətlə yayılmağa başladığı üçün Ağ Evin sözçüsü Karolin Leavitt bu iddiaları "zibil" adlandırıb.

"Bu xəbər zibildir. İlon Mask və Donald Tramp, İlonun Hökuməti Səmərəliliyindəki işi bitdikdən sonra öz işinə qayıdacaqlarını söyləmişdi", - deyə o, “X” hesabında yazıb.

İlon Mask da sözçüdən sitat gətirərək “Bəli, saxta xəbərdir” deyib.

Digər xəbərlər
XƏBƏR LENTİ