Səhər qəzeti

Zelenski "qırmızı xəttimizdir" demişdi: ABŞ-dan Putini sevindirən QƏRAR

Tarix:18-03-2025, 10:24
Baxış Sayı:0

 

ABŞ prezidenti Donald Trampın administrasiyası Krımın Rusiya ərazisi kimi tanınması imkanını nəzərdən keçirir.

Bu barədə "Semafor" iki mənbəyə istinadən məlumat yayıb.

Yarımadanın tanınması Ukraynadakı münaqişəyə son qoymaq üçün razılaşmanın bir hissəsi ola bilər. Nəşrin mənbələrinə görə, administrasiya BMT-nin Krımı Rusiya ərazisi kimi tanıması imkanını müzakirə edib.

"Bununla belə, Tramp hələlik bu məsələ ilə bağlı heç bir qərar verməyib", - məqalədə deyilir. Ağ Evin isə buna şərh verməkdən imtina edib.

Bundan əvvəl ABŞ lideri Rusiya prezidenti Vladimir Putinlə danışıqların martın 18-nə planlaşdırıldığını açıqlamışdı. Siyasətçi qeyd edib ki, münaqişənin həlli üçün yaxşı şans var. Birləşmiş Ştatlar birbaşa Kiyevlə Moskva ilə sülh şərtlərini, o cümlədən ərazilər məsələsini müzakirə edir. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals qeyd edib ki, Ukraynadakı vəziyyətin həlli Kiyevin gələcək təhlükəsizlik zəmanətləri üçün ərazilərdən bir növ imtina etməsi ilə əlaqələndiriləcək.

Öz növbəsində Tramp bildirib ki, Vladimir Putinlə gələcək söhbət zamanı o, ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini qaldırmağı planlaşdırır.

Ukrayna lideri Vladimir Zelenski isə vurğulayıb ki, Ukrayna ilə Rusiya arasındakı münaqişədə ərazi məsələsi mürəkkəbdir. Onun sözlərinə görə, bu məsələ daha sonra ətraflı müzakirə edilməlidir. Eyni zamanda Ukrayna lideri qeyd edib ki, Kiyev Krımı, Xerson və Zaporojya vilayətlərini, həmçinin Donetsk və Luqanskı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq.

Martın 12-də Zelenski vurğulayıb ki, ərazilərin itirilməsinin tanınması Rusiya ilə münaqişənin həlli prosesində Ukrayna üçün “qırmızı xətt”dir. O, həmçinin Kiyevin ərazilərdən mümkün imtinasını ölkə konstitusiyasının pozulması adlandırıb.

Digər xəbərlər
XƏBƏR LENTİ