Səhər qəzeti

ABŞ-ın Yəmənə hücumu: 31 ölü, 101 yaralı var

Tarix:16-03-2025, 10:41
Baxış Sayı:2

“Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-ın endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.

Bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi "X" səhifəsində yazıb.

“İlkin məlumatlara görə, ABŞ-ın Səna, Səada, Əl-Bayda əyalətləri və Radaa şəhərinin mülki və yaşayış məntəqələrinə qarşı hücumları nəticəsində 31 nəfər həlak olub, daha 101 nəfər yaralanıb”, - deyə bildirilib.

Digər xəbərlər
XƏBƏR LENTİ