Fransa prezidenti Emmanuel Makron ölkəsi üçün Rusiyadan daha böyük təhlükə yaradır.
Bu barədə Fransa Patriotlar Partiyasının lideri Florian Filippot "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Fransada Rusiya təhlükəsi yoxdur, Makronizm və avropaçılıq təhlükəsi var", - deyə Filippot bildirib.
Qeyd edək ki, partiya sədri bundan əvvəl də xəbərdarlıq etmişdi ki, Aİ və Makron Ukraynada sülhə nail olmaq üçün təşəbbüsləri poza bilər.