Səhər qəzeti

Fransa Ukrayna ilə bağlı bunu qəbul etməyəcək

Tarix:11-03-2025, 20:43
Baxış Sayı:0

 

Fransa Ukraynanın gələcəkdə demilitarizasiyasına razı olmayacaq.

Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Ukrayna silahlı qüvvələrinin gələcəyini şərh edərkən bildirib.

O deyib ki, Ukrayna ordusu təhlükəsizliyin birinci təminatı olaraq qalır: "Biz Ukraynanın istənilən formada demilitarizasiyasının əleyhinə olacağıq".

Qeyd edək ki, nazir bu fikri Təhlükəsizlik və Strateji Məsələlər üzrə Paris Forumunun açılışında çıxış edərkən deyib.

Digər xəbərlər
XƏBƏR LENTİ