Xəbər verdiyimiz kimi, Xocalı faciəsi günü Teatr Xadimləri İttifaqında nümayiş olunan “Günay” Uşaq Teatrının “Xocalı” tamaşası burada iştirak edən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbər üzvlərinin və bütün tamaşıçaların dərin hüznünə və rəğbətinə səbəb olmuşdu.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, İctimai xadim Rasim Məmmədovun tamaşadan sonraki ürəkləri riqqətə gətirən çıxışı tamaşanı nümayiş etdirənlərə və izləyicilərə son münasibət olmadı.
Bu gün Rasim Məmmədov teatrın bədii rəhbəri Larisa Tarusovanı və tamaşada iştirak edən bütün uşaqları və yeniyetmələri DAMM-nin ofisinə dəvət edərək onların hər birini xüsusi Təşəkkürnamə ikə təltif etdi.
“Günay” Uşaq teatrının rəhbərliyini və yeniyetmə aktyorlarını dərin sevincə, fəxr və məhəbbətə qərq edən tədbirdə bir çox ictimai xadimlər və mətbuat nümayəndələri, xalq artistləri iştirak etdilər.
DAMM, İNK, SİMİB rəhbərliyinin uzun illər davam edən mötəbər addımlarının daim olacağına ümidlərlə bağlı məhəbbət dolu çıxışlar iştirakçıların alqışları ilə qarşılandı.
"ictimaixeber.az"