Böyük rus şairi Aleksandr Blokun müdrik bir kəlamı ona da başqa həmfikirləri kimi həyatını düzgün qurmağa kömək edib. Klassik rus ədəbiyyatının banilərindən biri olan şair öz dövründə insanların sosial durumlarını, mənəvi dünyalarının çalarlarını, bu ali varlığın cəmiyyətə verdiyi faydanı təhlil edərək
deyib:- İnsan həyatı mahiyyətinə və mənəvi potensialına görə iki bir-birinə zidd olan qütblərə bölünür; çürüməkdə olanlar və yanmaqda davam edənlər.Qorxaqları və yaltaqları şair çürüməkdə olanlanlar qrupuna aid edir, mərd və cəsarətli insanları isə yananlar qrupuna. Bu məqamda mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin də müdrik bir kəlamının poetik düşüncə məhsulu olan ibrətamiz misralarını xatırlamamaq mümkün deyil:
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.
İnsan ömrünün mahiyyətini düzgün dəyərləndirməyi bacaran klassiklərimizin, ictimai və siyasi xadimlərimizin bu kimi ibrətamiz fikirləri zaman-zaman tarixin,həmin tarixi yaşadan insanların həyat simvolu olaraq bu gün də cəmiyyətdə tarazlıq meyarı kimi dəyərləndirilir.
Bəzi insanlar, xüsusilə zamanımızda həyatın mənasını yalnız tezliklə varlanmaqda, pul-para sahibi olmaqda görürlər. Belələri asan yolla varlanmağın bütün reyazi və həndəsi üsullarını göz qırpımında mənimsəməklə qaz vurub, qazan doldururlar.Yox-yox, heç kim bu qənaətdə olmasın ki, mən varlanmağın, mal-mülk sahibi olmağın qəti əleyhinəyəm, yaxud bütün varlı adamları insanlığa yad ünsürlər kimi təqdim etmək niyyətindəyəm. Onda Hacı Zeynalabdin Tağıyevin və onun sələfləri olan tarixi şəxsiyyətlərin -məşhur neft maqnatlarının müqəddəs ruhları məni qınayar.Amma etiraf edək ki, bir çox hallarda insanlar varlandıqca mənəviyyatca kasıblaşır,dövrün, zamanın lənətlənmiş məxluqlarına çevrilirlər. Ruhu pak, təmiz olanlar isə sadə insan ömrü yaşasalar da ömürləri boyu xeyirxah əməllərə sahib olmaqla yüzlərlə ehtiyac sahibinin sevgisini, məhəbbətini qazanırlar.Onlar Aleksandr Blokun varlı adamlar qrupuna aid etdikləri deyil, Bəxtiyar Vahabzadənin ömürlərini şam kimi əritməklə zülmətlərə nur saçmağa qadir olanlardır. Xoş o günə ki, zamanımız mənəviyyatca varlı insanlardan xali deyil, xoş o günə ki, cəmiyyətimiz bu qəbildən olan varlıları daha çox sevir, onlara daha çox arxalanır.
... Mən onu nə vaxtsa yazdığım bir məqalədə Maksim Qorkinin “Danko”suna da bənzətmişdim.Bu sadə, xeyirxah, vətəninə, xalqına, dövlətinə və onun rəhbərinə sədaqətlə xidmət edən DÜNYA AZƏRBAYCANLILARI MƏDƏNİYYƏT MƏRKƏZİ İCTİMAİ BİRLİYİNİN PREZİDENTİ RASİM MƏMMƏDOVDUR.
VALEH MİRZƏ