Səhər qəzeti

Türkiyənin qırmızı xətti açıqlandı – İranla bağlı göstəriş verildi

Tarix:Dünən, 15:27
Baxış Sayı:2

 

Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə başlayan PKK terror təşkilatının lideri Abdullah Öcalanın çağırışı ilə önəmli nöqtəyə çatan "Terrorsuz Türkiyə" prosesində mühüm bir mərhələ geridə qaldı. Ankara bundan sonrakı mərhələlərdə də Türkiyənin qırmızı xətlərini pozmadan yoluna davam edəcək.

BU barədə "Türkiyə" qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, prosesin hüquqi tərəfi və digər texniki detalları PKK rəhbərliyi ilə Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) arasında müzakirələr yolu ilə müəyyən ediləcək:

"Bu kontekstdə dövlət PKK-nın ləğvi qurultayı ilə bağlı prosesin qısa zamanda tamamlanmasını istəyir. Öcalanın qurultayı uzaqdan idarə etməsi müsbət qarşılansa da, təxribatlara və siyasi sui-istifadələrə qarşı alınacaq tədbirlər də müəyyən olunur.

Dövlət xüsusilə İsrail və İranın təxribat cəhdlərini yaxından izləyir və prosesin meydan və masa arxasında təxribatlara uğramaması üçün hər cür hazırlıq görülür. Prezident Ərdoğanın bu məsələ ilə bağlı bütün aidiyyəti nazirlərə şəxsən göstəriş verdiyi və onlardan ayıq-sayıq olmalarını tələb etdiyi bildirilir. Hakim partiya (AKP) və təhlükəsizlik qurumları artıq bir çox ölkənin PKK terrorunun son nöqtəsinə gəldiyini deyirlər.

Bəzi ölkələr bu prosesdən narahatdırlar. Regiondakı qeyri-sabit mühitin onların maraqlarına xidmət etdiyini düşünən ölkələr var. Bunlardan ən mühümləri İsrail və İrandır".

Nəşr yazır ki, AKP rəhbərliyi Prezident Ərdoğanın göstərişi ilə ictimaiyyət arasında anlaşılmazlıqların qarşısını almaq üçün görüləcək tədbirləri müəyyən edir.

"Öcalan üçün amnistiyanın olmayacağı, terrora son qoyulacağı, sivil siyasət sahəsinin genişləndiriləcəyi və demokratik standartların hədəfləndiyi bildiriləcək. AKP müəyyən mənada cəmiyyəti yeni prosesə hazırlamaq strategiyası yaradacaq", - mənbə əlavə edir.

Digər xəbərlər
XƏBƏR LENTİ