"Ukraynada müharibə başlayandan sonra Gürcüstan bu və ya digər formada Rusiya ilə münaqişəyə daxil olması üçün təzyiqlərə məruz qalıb".
Bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papauşvili Ukraynada müharibənin 3-cü ildönümü münasibətilə sosial şəbəkədə etdiyi paylaşımında bildirib:
"Onillik ərzində davam edən strateji səbir siyasətinə baxmayaraq, birdən-birə hökumətimiz Rusiyaya qarşı aqressiv mövqe tutmağa məcbur edildi. Hətta bu, eskalasiya olacağı təqdirdə heç bir təhlükəsizlik və ya iqtisadi həmrəylik zəmanəti olmadan baş verirdi", - deyə o əlavə edib. Ş.Papuaşvilinin sözlərinə görə, Gürcüstan 300 min qaçqını olmasına baxmayaraq, onminlərlə ukraynalını qəbul edib.
Sədr onu da vurğulayıb ki, qərb Tbilisini Rusiyaya qarşı aqressiv mövqedə dayanmağa məcbur edib.