Səhər qəzeti

Mask: "Ukrayna xalqı Zelenskiyə nifrət edir"

Tarix:21-02-2025, 14:58
Baxış Sayı:0

 

"Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkisində böyük hesabla uduzacağını dərk edir".

Bunu amerikalı sahibkar və milyarder İlon Mask "X" sosial şəbəkə hesabında yazıb.

"Ukrayna xalqı Zelenskiyə nifrət edir, buna görə də o, prezident seçkisinin keçirilməsindən imtina edib", - deyə o vurğulayıb.

İ.Mask əlavə edib ki, V.Zelenski bütün Ukrayna KİV-i üzərində nəzarəti ələ keçirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna liderinin ölkədə reytinqinin dörd faiz olduğunu demişdi.

Digər xəbərlər
XƏBƏR LENTİ