Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin sülhün tərəfində olmadığını və bunun əksini düşünənlərin yanıldığını bildirib.
Onun Polşanın baş naziri Donald Tuskla keçirdiyi mətbuat konfransında dediyi sözləri "Le Monde" nəşri yayıb.
"Prezident Putin sülh tərəfdarı deyil, müharibənin tərəfindədir və onun sülh istədiyini düşünənlər yanılır", - Fransa prezidenti deyib.
Makron, həmçinin Ukraynada güclü və davamlı sülh qurmaq arzusunu ifadə edib. O, həmçinin Rusiyanı "tarixi revizionizm" iddiasında ittiham edib.